Maddə 191.

Birləşmə nəticəsində yaranan əşyaya birgə mülkiyyət

 
191.1. Daşınar əşyaların bir-birinə bağlılığı nəticəsində onlar yeni vahid əşyanın tərkib hissələrinə çevrildikdə və ya daşınar əşyalar birləşdikdə, onların əvvəlki sahibləri bu yeni əşyanın mülkiyyətçiləri olurlar. Paylar həmin əşyaların birləşməzdən əvvəlki dəyərinə uyğun müəyyənləşdirilir.
191.2. Əşyalardan biri, bərqərar olmuş rəyə görə, baş əşya sayılırsa, onun mülkiyyətçisi həmin əşyanın ləvazimatına da mülkiyyət əldə edir.
 
Maddə 191-1 . Yeni mülkiyyətçiyə qarşı zərərin əvəzinin ödənilməsi tələbi
 
191-1.1. Bu Məcəllənin 188-ci, 190-cı və 191-ci maddələrinə müvafiq olaraq mülkiyyətini itirən və ya hüquqları başqa qaydada pozulan şəxs mülkiyyətçi olmuş şəxsdən zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Əvvəlki vəziyyətin bərpa olunması tələbi yolverilməzdir.
191-1.2. Əgər yeni mülkiyyətçi əşyanı əvəzli müqavilə əsasında üçüncü şəxsdən əldə edibsə, bu Məcəllənin 191-1.1-ci maddəsində nəzərdə tutulmuş tələb əmələ gəlmir.
 

Kommentariyanı görmək üçün qeydiyyatdan keçin və abunə olun.