Maddə 1289.

Pay almağın təmin edilməsi öhdəliyi

 
Hər bir miras şəriki digər miras şəriklərinin müvafiq payları almasını təmin etməyə borcludur. Miras şəriki bölgü nəticəsində tələb hüququ əldə etdikdə, digər miras şərikləri borclunun ödəniş qabiliyyətinə bölgü məqamında, bu cür öhdəliyin icra müddəti çatmadıqda isə öhdəliyin icrası məqamında öz paylarına uyğun kömək göstərməlidirlər.
 

Kommentariyanı görmək üçün qeydiyyatdan keçin və abunə olun.