Maddə 1078-43.
Emitent tərəfindən məlumatların açıqlanması
1078-43.1. Kütləvi təklif vasitəsi ilə yerləşdirilən qiymətli kağızların emitenti dərc etmək və müvafiq icra hakimiyyəti orqanına təqdim etmək yolu ilə özünün qiymətli kağızları və maliyyə-təsərrüfat fəaliyyəti haqqında aşağıdakı məlumatlan açıqlamağa borcludur:
1078-43.1.1. emitentin illik hesabatını;
1078-43.1.2. onun maliyyə-təsərrüfat fəaliyyətinə təsir göstərən mühüm hadisələr və hərəkətlər haqqında məlumatları;
1078-43.1.3. qiymətli kağızların emissiya prospektini;
1078-43.1.4. qiymətli kağızların emissiyasının yekunları haqqında hesabatını.
1078-43.2. Emitentin açıqlanmalı olan qiymətli kağızlar haqqında illik hesabatına, maliyyə-təsərrüfat fəaliyyətinə təsir göstərən mühüm hadisələrin və hərəkətlərin, qiymətli kağızların emissiya prospekti, emissiyasının yekunları haqqında məlumatların dairəsi, onlar barəsində tələblər müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
1078-43.3. Emitentin illik hesabatı ilin nəticələri üzrə hazırlanır, onun ali idarəetmə orqanı tərəfindən təsdiq edilir və təsdiq edildiyi tarixdən etibarən otuz gündən gec olmayaraq açıqlanır.
1078-43.4. Emitentin maliyyə-təsərrüfat fəaliyyətinə təsir göstərən mühüm hadisələr və hərəkətlər barədə məlumat müvafiq icra hakimiyyəti orqanına həmin hərəkətlər və hadisələr baş verdiyi gündən on beş gündən gec olmayaraq təqdim olunur.
1078-43.5. Banklar və digər kredit təşkilatları tərəfindən məlumatların açıqlanması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən Azərbaycan Respublikasının Mərkəzi Bankının rəyi alınmaqla müəyyən edilir.