Maddə 1078-38.

Birja əqdləri

 
1078-38.1. Birja ticarətinin iştirakçıları arasında bağlanılmış müqavilə birja əqdidir.
1078-38.2. Fond birjasında bağlanılmış bütün əqdlər qanunvericiliklə və birja qaydaları ilə müəyyən edilmiş qaydada qeydiyyata alınmalıdır və rəsmiləşdirilməlidir.
1078-38.3. Birjamn müvafiq səlahiyyətli orqanı birja qaydalarına əsasən birja üzvünü müvəqqəti olaraq birja əqdlərinin bağlanılmasından kənarlaşdıra bilər.
 

Kommentariyanı görmək üçün qeydiyyatdan keçin və abunə olun.