Maddə 1078-31.

Aktivlərin idarə edilməsi üzrə fəaliyyət

 
1078-31.1. Aktivlərin idarə edilməsi üzrə fəaliyyət yalnız hüquqi şəxslər tərəfindən həyata keçirilə bilər. Aktivlərin idarə edilməsi üzrə fəaliyyəti həyata keçirən qiymətli kağızlar bazarının peşəkar iştirakçısı idarəçi adlanır.
1078-31.2. İdarəçiyə idarə edilmək üçün qiymətli kağızların, pul vəsaitlərinin və qanunvericilikdə nəzərdə tutulmuş digər əmlakın verilməsi həmin qiymətli kağızlara, pul vəsaitlərinə və əmlaka mülkiyyət hüququnun keçməsinə səbəb olmur.
1078-31.3. İdarəçi ilə müştərisi arasında və ya idarəçinin bir neçə müştəriləri arasında maraqlar ixtilafı yarandıqda idarəçi bu barədə müştərilərinə dərhal məlumat verməlidir. Əks tədqirdə, bunun nəticəsində müştəriyə dəymiş zərər idarəçi tərəfindən ödənilməlidir.
1078-31.4. İdarəçinin öhdəlikləri üzrə tənbeh tədbirləri müştərinin idarə etməyə verilmiş əmlakına yönəldilə bilməz.
1078-31.5. İdarəçinin fəaliyyətini tənzimləyən qaydalar və idarəçi ilə müştərinin müqaviləsinə dair tələblər müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
1078-31.6. İdarəçi cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasının və terrorçuluğun maliyyələşdirilməsinin qarşısının alınması məqsədi ilə onun üçün müvafiq qanunvericiliklə müəyyən edilmiş tədbirləri yerinə yetirməlidir.
 

Kommentariyanı görmək üçün qeydiyyatdan keçin və abunə olun.