Maddə 1078-28.

Qiymətli kağızlar bazarında peşəkar fəaliyyətin növləri

 
1078-28.1. Qiymətli kağızlar bazarında peşəkar fəaliyyət növlərinə aşağıdakılar aid edilir:
1078-28.1.1. broker fəaliyyəti;
1078-28.1.2. diler fəaliyyəti;
1078-28.1.3. aktivlərin idarə edilməsi üzrə fəaliyyət;
1078-28.1.4. klirinq fəaliyyəti;
1078-28.1.5. depozitar fəaliyyəti;
1078-28.1.6. qiymətli kağız sahiblərinin reyestrinin aparılması üzrə fəaliyyət;
1078-28.1.7. fond birjası.
1078-28.2. Qanunvericiliklə qiymətli kağızlar bazarında peşəkar fəaliyyətin digər növləri də müəyyən edilə bilər.
1078-28.3. Qiymətli kağızlar bazarında peşəkar fəaliyyət yalnız müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilmiş müvafiq xüsusi razılığa (lisenziyaya) malik olan şəxslər tərəfindən həyata keçirilə bilər.
1078-28.4. Qiymətli kağızlar bazarında peşəkar fəaliyyətin müxtəlif növləri ilə eyni zamanda məşğul olunması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Qiymətli kağızlar bazarının peşəkar iştirakçılarının banklar istisna olmaqla qiymətli kağızlar bazarına aid olmayan digər sahibkarlıq fəaliyyəti növləri ilə eyni zamanda məşğul olunmasına yol verilmir.
1078-28.5. Qiymətli kağızlar bazarında peşəkar fəaliyyəti həyata keçirmək üçün xüsusi razılığın (lisenziyanın) verilməsi, dayandırılması və ləğv edilməsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
1078-28.6. Azərbaycan Respublikasının Mərkəzi Bankı qanunvericiliklə müəyyən edilmiş qaydada qiymətli kağızlar bazarında peşəkar fəaliyyət növlərini və ya həmin fəaliyyət növləri çərçivəsində ayrı-ayrı əməliyyatları xüsusi razılıq (lisenziya) olmadan həyata keçirə bilər.
 

Kommentariyanı görmək üçün qeydiyyatdan keçin və abunə olun.