Maddə 1078-18.
İnvestisiya qiymətli kağızlarının emissiyasının baş tutmamış hesab edilməsi
1078-18.1. İnvestisiya qiymətli kağızları onların emissiyasının baş tutmuş hesab edilməsi üçün qanunvericiliklə müəyyən edilmiş saydan az miqdarda yerləşdirildikdə və ya qanunvericiliklə müəyyən edilmiş digər hallarda müvafiq icra hakimiyyəti orqanı tərəfindən emissiya baş tutmamış hesab edilə bilər.
1078-18.2. Emissiyanın baş tutmamış hesab edilməsi barədə emitent kütləvi informasiya vasitələri ilə elan verməli və yerləşdirilmiş qiymətli kağızları geri satın alaraq, investorlardan alınmış vəsaitləri onlara qaytarmalı və bunun nəticələri barədə müvafiq icra hakimiyyəti orqanına məlumat təqdim etməlidir.
Kommentariyanı görmək üçün qeydiyyatdan keçin və abunə olun.