Maddə 1078-13.

İnvestisiya qiymətli kağızları buraxılışının dövlət qeydiyyatından imtina

 
1078-13.1. İnvestisiya qiymətli kağızlarının buraxılışının dövlət qeydiyyatından aşağıdakı hallarda imtina edilə bilər:
1078-13.1.1. investisiya qiymətli kağızlarının buraxılışının dövlət qeydiyyatı üçün təqdim olunmuş sənədlər mövcud qanunvericiliyin tələblərinə cavab vermədikdə;
1078-13.1.2. emitentin səhmlərinin əvvəlki emissiyasının yekunları haqqında hesabat qeydiyyatdan keçmədikdə (səhm buraxılışı üçün);
1078-13.1.3. investisiya qiymətli kağızlarının emissiya prospektinə və ya investisiya qiymətli kağızlarının emissiyası haqqında qərara (qiymətli kağızların buraxılışının dövlət qeydiyyatı üçün əsas olan digər sənədlərə) qeyri-dürüst, yaxud təhrif edilmiş məlumatlar daxil edildikdə;
1078-13.1.4. emitent tərəfindən qiymətli kağızlar bazarında ciddi qanun pozuntularına yol verildikdə.
1078-13.2. İnvestisiya qiymətli kağızlarının buraxılışının bu Məcəllədə göstərilənlərdən başqa digər əsaslarla dövlət qeydiyyatından imtina edilməsinə yol verilmir.
1078-13.3. İnvestisiya qiymətli kağızlarının buraxılışının dövlət qeydiyyatından imtina edilməsi haqqında bildiriş müvafiq icra hakimiyyəti orqanı tərəfindən emitentə təqdim edilir.
1078-13.4. İnvestisiya qiymətli kağızlarının buraxılışının dövlət qeydiyyatından imtina edilməsi haqqında qərardan emitent inzibati qaydada və (və ya) məhkəmə qaydasında şikayət edə bilər.
 

Kommentariyanı görmək üçün qeydiyyatdan keçin və abunə olun.