Maddə 1048-2.
Veksellərin uçotu
1048-2.1. Veksellərin uçotu ödəniş vaxtı çatana qədər vekselsaxlayan tərəfindən vekselin uçot təşkilatına verilməsi və onun müqabilində, veksel məbləğindən diskont məbləği çıxılmaqla, qalan məbləğin alınmasıdır.
1048-2.2. Azərbaycan Respublikasında veksellərin uçotu, domisilyasiyası, inkassoya qəbul edilməsi, veksellərin ödənilməsi üzrə xidmətlərin göstərilməsi və veksellər üzrə digər əməliyyatlar yalnız Azərbaycan Respublikasının Mərkəzi Bankda qeydiyyatdan keçmiş uçot təşkilatları tərəfindən (kredit təşkilatları, veksel evləri və digər ixtisaslaşdırılmış maliyyə-investisiya müəssisələri) həyata keçirilə bilər.
1048-2.3. Veksellərin yenidən uçotu vekselin uçotunu aparan bankdan uçota aldığı veksellərin, ödəniş tarixindən əvvəl Mərkəzi Bank tərəfindən vekselin məbləğini diskontla ödəməklə alınmasıdır.
1048-2.4. Veksellərin uçotu və yenidən uçotu qaydaları Azərbaycan Respublikasının Mərkəzi Bankın normativ xarakterli aktları ilə müəyyən edilir.
§4. Çek