Maddə 92.

Əmək şəraiti zərərli olan işlərdə çalışan işçilər üçün iş vaxtının qısaldılmış müddəti

 
1. Əmək şəraiti fiziki, kimyəvi, bioloji habelə insanın sağlamlığı üçün zərərli olan digər ağır istehsalat amilləri mövcud olan əmək şəraitli istehsalatlarda, peşə vəzifələrdə çalışan işçilərə həftədə 36 saatdan çox olmayan qısaldılmış vaxtı müəyyən edilir. Həmin istehsalatların, peşə vəzifələrin siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir.
2. Əmək şəraiti zərərli olan işlərin siyahısı bu işləri yerinə yetirən işçilər üçün vaxtının qısaldılmış müddəti kollektiv müqavilələrlə, həmin müqavilələr bağlanmadığı hallarda isə, işəgötürənlə həmkarlar ittifaqları təşkilatı arasındakı məsləhətləşmələrdən sonra, bu maddənin birinci hissəsində göstərilən siyahı nəzərə alınmaqla müəyyən edilir.
 

Kommentariyanı görmək üçün qeydiyyatdan keçin və abunə olun.