Maddə 72.

Əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilən hallar

 
Aşağıdakı hallar işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir:
a) özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi ya vəfat etməsi istisna olunmaqla heç bir üzürlü səbəb olmadan bütün günü işə gəlməməsi;
b) alkoqollu içkilər, narkotik vasitələr psixotrop, toksik digər zəhərli maddələr qəbul edərək sərxoş vəziyyətdə işə gəlməsi, habelə işə gəldikdən sonra yerində həmin içkiləri ya maddələri qəbul edərək sərxoş vəziyyətdə olması;
c) təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində mülkiyyətçiyə maddi ziyan vurması;
ç) təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində əməyin mühafizəsi qaydalarını pozaraq yoldaşlarının səhhətinə xəsarət yetirməsi ya onların bu səbəbdən həlak olması;
d) dövlət, kommersiya və (və ya) vergi sirrinin yayılması ya bu sirrin gizli saxlanılması üzrə öhdəliklərini yerinə yetirməməsi;
e) əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi;
ə) əmək funksiyasını pozduğuna görə əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq altı ay ərzində təkrarən əmək funksiyasını pozması;
f) vaxtı ərzində bilavasitə yerində inzibati xətalara ya cinayət tərkibi olan ictimai-təhlükəli əməllərə yol verməsi;
g) “Fərdi məlumatlar haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən konfidensial hesab edilən xüsusi kateqoriyalı fərdi məlumatların yayılması.
 

Kommentariyanı görmək üçün qeydiyyatdan keçin və abunə olun.