Maddə 58.

Əvəzçilik üzrə əmək müqaviləsinin bağlanması və tənzimlənməsi

 
1. Əmək müqaviləsinin şərtləri imkan verdiyi hallarda işçi əsas yeri üzrə müəyyən olunmuş vaxtından sonra həm əsas yerində, həm əvəzçilik qaydasında əmək müqaviləsi bağlayaraq başqa yerlərində əmək fəaliyyəti ilə məşğul ola bilər. Bu zaman əvəzçilik üzrə əmək müqaviləsi bağlanan yeri işçinin əlavə yeri, əmək kitabçası saxlanılan yer isə əsas yeri sayılır. Əvəzçilik üzrə əmək müqaviləsi əmək kitabçası təqdim edilmədən bağlanılır.
2. Əvəzçilik üzrə vaxtının müddəti bu Məcəllənin 89-cu maddəsi ilə müəyyən edilmiş normanın yarısından çox olmamaqla tərəflərin razılığı ilə müəyyən edilir.
3. İş vaxtından sonra əvəzçilik üzrə əlavə yerlərində işləməyə əsas yeri üzrə işəgötürənin razılığı tələb edilmir. İş vaxtı ərzində isə əvəzçilik üzrə işləməyə işəgötürənin razılığı ilə yol verilir. Əvəzçilik üzrə əmək şəraitinin şərtlərini, əmək funksiyasının həcmini əlavə yerinin işəgötürəni ilə əmək müqaviləsi bağlanarkən tərəflərin özləri müəyyən edirlər.
4. Əlavə yerində əvəzçilik üzrə əmək fəaliyyəti göstərən işçilərə bu maddənin beşinci altıncı hissələrində göstərilən hallar istisna olunmaqla heç bir məhdudiyyət qoyulmadan əmək qanunvericiliyi ilə müəyyən edilmiş bütün normalar, qaydalar müddəalar şamil edilir.
5. Əgər işçi əsas yerində zərərli, təhlükəli insanın sağlamlılığına mənfi təsir göstərən amillər olan əmək şəraitində işləyirsə, onda onun eyni əmək şəraitli əlavə yerində əvəzçilik üzrə çalışması yolverilməzdir.
6. Yaşı 18-dən az olan işçilərin əvəzçilik qaydasında əlavə yerində çalışmalarına yalnız onların həm əsas, həm əlavə yerində gündəlik vaxtının cəmi bu Məcəllənin 91-ci maddəsində onlar üçün nəzərdə tutulmuş qısaldılmış vaxtından çox olmadıqda, yol verilir.
7. Bilavasitə qanunvericilikdə nəzərdə tutulmuş hallarda dövlət hakimiyyəti orqanlarının müvafiq vəzifəli şəxslərinə bu maddədə nəzərdə tutulan əvəzçilik üzrə əmək müqaviləsi bağlayaraq əlavə yerində işləmək hüququ şamil olunmur.
 

Kommentariyanı görmək üçün qeydiyyatdan keçin və abunə olun.