Maddə 54.

Əmək şəraitinin təmin edilməsi

 
1. İşçilər tərəfindən əmək funksiyasının yerinə yetirilməsi üçün işəgötürən aşağıdakı əmək şəraitini təmin etməlidir:
peşə (vəzifə) adlarının, ixtisasların, əməyin ödənilməsi dərəcələrinin müəyyən edilməsi;
əməyə görə haqqın miqdarının müəyyən edilməsi onun ödənilməsi;
əmək normaları əməyin qiymətləndirilməsi normalarının müəyyən edilməsi;
sanitariya gigiyena normalarına, əlilliyi olan şəxslərə münasibətdə isə həmçinin Azərbaycan Respublikasının Qanununa uyğun olaraq müəyyən edilən yerlərinin standartlarına cavab verən yerinin şəraitinin yaradılması;
əməyin mühafizəsi, texniki təhlükəsizlik normalarının gözlənilməsi;
əmək funksiyasının bu Məcəllə ilə müəyyən edilmiş vaxtı müddətindən artıq olmayan vaxtında yerinə yetirilməsini;
bu Məcəllə ilə müəyyən edilmiş istirahət vaxtından, məzuniyyətlərdən istifadə olunmasını;
işçilərin qanunla müəyyən olunmuş məcburi dövlət sosial sığorta digər icbari sığorta edilməsini;
işçilərə əmək funksiyasının icrası üçün zəruri olan avadanlıqların, materialların, alətlərin, texniki digər sənədlərin vaxtında verilməsi onların lazımi keyfiyyətdə olması;
insanın immunçatışmazlığı virusu ilə yaşayan işçi ilə məsləhətləşmə aparmaqla onun üçün münasib şəraitinin (xüsusi avadanlıqlarla təminat, istirahət fasilələri üçün imkanlar tibbi müayinələr üçün icazələrin verilməsi s.) yaradılması;
əmək müqavilələrində, kollektiv müqavilələrdə nəzərdə tutulan şərtləri.
2. Bu Məcəllə ilə müəyyən olunmuş hallar istisna edilməklə əmək şəraitinin şərtləri birtərəfli qaydada dəyişdirilə bilməz.
 

Kommentariyanı görmək üçün qeydiyyatdan keçin və abunə olun.