Maddə 42.

Əmək müqaviləsinin tərəfləri

 
1. Əmək müqavilələri sərbəst bağlanır. Əmək münasibətləri yaratmayan ya yaratmaq istəməyən heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz.
2. Əmək müqaviləsinin tərəflərindən biri işəgötürən, digəri isə işçidir.
3. On beş yaşına çatmış hər bir şəxs işçi kimi əmək müqaviləsinin tərəfi ola bilər. Qanunvericiliklə müəyyən edilmiş qaydada fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilmiş şəxslə əmək müqaviləsi bağlanıla bilməz.
4. Tam fəaliyyət qabiliyyəti olmayan şəxs işəgötürən ola bilməz.
 

Kommentariyanı görmək üçün qeydiyyatdan keçin və abunə olun.