Maddə 38.

Kollektiv sazişin məzmunu

 
1. Kollektiv sazişin məzmunu tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilir.
2. Tərəflər kollektiv sazişə aşağıdakı öhdəlikləri daxil edə bilər:
a) müvafiq sahələrin, müəssisələrin və fiziki şəxs olan işəgötürənlərin iqtisadi təsərrüfat fəaliyyətinin yaxşılaşdırılması tədbirlərinin müəyyən edilməsi həyata keçirilməsi;
b) orta əmək haqqının artım səviyyəsinin inflyasiyaya uyğun təmin edilməsi;
c) əmək normalarının əməyin qiymətləndirilməsi normalarının müəyyən edilməsi;
ç) kompensasiya əmək haqqına əlavələrin (dövlət tərəfindən müəyyən olunmuş miqdardan az olmamaq şərtilə) məbləğinin müəyyən edilməsi;
d) əməyin mühafizəsi üzrə zəruri tədbirlərin həyata keçirilməsi;
e) daha əlverişli əmək şəraitinin müəyyən edilməsi;
ə) məşğulluğa kömək göstərilməsi;
f) təsərrüfatçılığın mütərəqqi forma üsullarının inkişaf etdirilməsi;
g) müəssisələrdə və ya fiziki şəxs olan işəgötürənlərin yaratdıqları iş yerlərində qabaqcıl texnika texnologiyanın, elmi-texniki tərəqqinin digər nailiyyətlərinin tətbiqi;
ğ) tələbata uyğun rəqabət qabiliyyətli məhsulların istehsalı;
h) ekoloji təhlükəsizliyin təmin edilməsi;
x) müəssisənin bağlanması işçilərin kütləvi surətdə işdən azad edilməsi hallarından imtina edilməsi, işdən çıxarılma hallarının qarşısını ala biləcək tədbirlərin görülməsi;
ı) işçilərin onların ailə üzvlərinin sosial müdafiəsi üzrə xüsusi tədbirlərin görülməsi;
i) əlilliyi olan, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək işçilərin, gənclərin (yeniyetmələrin) əməyindən istifadə etməklə əlavə yerləri yaradan müəssisələrə və ya fiziki şəxs olan işəgötürənlərə güzəştlərin müəyyən olunması;
j) əmək intizamının təmin edilməsi.
 

Kommentariyanı görmək üçün qeydiyyatdan keçin və abunə olun.