Maddə 36.
Kollektiv sazişin tərəfləri
1. Kollektiv saziş aşağıdakı tərəflər arasında bağlanıla bilər:
a) Baş kollektiv saziş – müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum), həmkarlar ittifaqlarının və işəgötürənlərin ümumrespublika (respublika) birlikləri arasında;
b) Sahə (tarif) kollektiv sazişi — müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum), həmkarlar ittifaqlarının peşələr, sahələr üzrə birlikləri arasında;
c) Ərazi (rayon) kollektiv sazişi — müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum), həmkarlar ittifaqlarının ərazi birlikləri arasında.
2. Baş, Sahə və Ərazi kollektiv sazişləri üçtərəfli — müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum), həmkarlar ittifaqları birlikləri və işəgötürənlərin nümayəndəli orqanları (birlikləri) arasında bağlanıla bilər.