Maddə 31.

Kollektiv müqavilənin məzmunu

 
1. Kollektiv müqavilənin məzmununu tərəflər müəyyən edirlər.
2. Kollektiv müqaviləyə, bir qayda olaraq, aşağıdakı məsələlər üzrə tərəflərin qarşılıqlı öhdəlikləri daxil edilir:
a) istehsalatın iqtisadi fəaliyyətin səmərəliliyinin yüksəldilməsi;
b) əməyin ödənilməsi qaydaları miqdarının, pul mükafatlarının, müavinətlərin, əlavələrin digər ödəmələrin müəyyən edilməsi;
c) qiymətlərin artımı, inflyasiyanın səviyyəsi nəzərə alınmaqla əmək haqqı miqdarının tənzimlənmə mexanizmi;
ç) məşğulluq, əlavə təhsil, işçilərin sərbəstləşdirilməsi şərtləri;
d) istirahət vaxtı, məzuniyyətlərin müddəti haqqında şərtlər;
e) işçilərə onların ailə üzvlərinə mədəni məişət xidmətlərinin, sosial təminatlar güzəştlərin müəyyən edilməsi;
ə) əməyin qiymətləndirilməsi, əmək normalarının müəyyən edilməsi yenidən işlənməsi qaydaları;
f) qadınların, 18 yaşına çatmamış işçilərin əmək şəraitinin yaxşılaşdırılması;
g) əməyin mühafizəsinin yaxşılaşdırılması üçün əlavə təminatların müəyyən edilməsi;
ğ) əmək vəzifələrini yerinə yetirməklə əlaqədar işçilərə dəyən ziyanın ödənilməsi;
h) əmək mübahisələrinə məhkəməyə qədər baxan orqanın yaradılması onun fəaliyyət qaydası;
x) işçilərin tibbi sosial sığortasının üstün əlavə şərtlərinin müəyyən edilməsi;
ı) işəgötürənin təşəbbüsü ilə əmək müqaviləsinə xitam verilərkən həmkarlar ittifaqları təşkilatı ilə razılaşmalar aparılması;
i) işçilərin ekoloji təhlükəsizliyinin sağlamlığının gözlənilməsi;
j) həmkarlar ittifaqının üzvü olan işçilərin əmək haqqından həmkarlar ittifaqına üzvlük haqlarının işəgötürən tərəfindən mühasibatlıq vasitəsi ilə tutulmasının təmin edilməsi 4 günü müddətində həmin müəssisənin həmkarlar ittifaqı təşkilatının xüsusi hesabına köçürülməsi, habelə həmkarlar ittifaqları təşkilatına nizamnamə fəaliyyətini səmərəli təşkil etmək üçün digər zəruri şəraitin yaradılması;
k) kollektiv əmək mübahisəsinin tənzimlənməsinin əlavə üsulları haqqında razılaşmalar;
q) kollektiv müqavilənin şərtlərinin yerinə yetirilməsinə nəzarət;
l) kollektiv müqavilənin şərtlərinin pozulmasına görə tərəflərin məsuliyyəti;
m) əmək icra intizamının möhkəmləndirilməsi üçün tədbirlər.
n) yerində ya işlə əlaqədar olaraq ayrı-ayrı işçilərə qarşı ələsalma, aşkar düşmənçilik hərəkətləri təhqiramiz hərəkətlər barəsində izahat işi aparılmasına informasiya verilməsinə yardım göstərilməsi belə hərəkətlərin qarşısının alınması, işçiləri bu cür davranışdan qorumaq üçün bütün lazımi tədbirlərin görülməsi;
o) yerində ya işlə əlaqədar olaraq seksual təhrik məsələlərinə dair izahat işi aparılmasına informasiya verilməsinə yardım göstərilməsi belə təhriklərin qarşısının alınması, işçiləri bu cür davranışdan qorumaq üçün bütün lazımi tədbirlərin görülməsi;
ö) işçilərə bədən tərbiyəsi idmanla, o cümlədən rejimi şəraitində işdən sonrakı reabilitasiya peşəkar-tətbiqi məşqlərlə, idman-sağlamlıq turizmi ilə məşğul ola bilmələri üçün şəraitin yaradılması.
3. Kollektiv müqavilədə müəssisənin və ya fiziki şəxs olan işəgötürənin iqtisadi imkanları nəzərə alınmaqla digər, o cümlədən bu Məcəllədə nəzərdə tutulduğundan daha güzəştli əmək sosial-iqtisadi şərtlər (əlavə məzuniyyətlər, pensiyalara əlavələr, nəqliyyat ezamiyyə xərclərinin ödənilməsi, pulsuz ya güzəştli qiymətlərlə yemək verilməsi digər güzəşt əvəzlər) nəzərdə tutula bilər.
4. Bu Məcəllədə digər normativ hüquqi aktlarda kollektiv müqaviləyə daxil edilməsi nəzərdə tutulmuş müddəaların kollektiv müqavilədə əks etdirilməsi məcburidir.
 

Kommentariyanı görmək üçün qeydiyyatdan keçin və abunə olun.