Maddə 307.

İşçilərin sosial sığorta münasibətlərinin tənzimlənməsi

 
1. İşçilərin sosial sığorta olunması prinsipləri, sosial sığorta hadisələri onların müəyyən edilməsi, sosial sığorta üzrə ödəmələrin növləri, sosial sığortanın iştirakçılarının hüquq vəzifələri, məcburi dövlət sosial sığorta haqqı, ödəmələrin təyin edilməsinin şərtləri qaydası, vəsaitlərin mənbələri, könüllü əlavə sığorta üzrə ödəmələrin növləri, habelə sosial sığorta sahəsində digər münasibətlər bu Məcəllə ilə, Azərbaycan Respublikasının qanunları onların əsasında qəbul edilmiş başqa normativ hüquqi aktlarla tənzimlənir.
2. Azərbaycan Respublikasında fəaliyyət göstərən müəssisələrdə və ya fiziki şəxs olan işəgötürənlərin yaratdıqları iş yerlərində əmək müqaviləsi bağlayaraq çalışan əcnəbilər, vətəndaşlığı olmayan şəxslər sığorta olunması üçün müvafiq haqq ödəməklə bu Məcəllə ilə müəyyən olunmuş şərtlərlə qaydada sosial sığorta olunmaq hüququna malikdirlər.
3. Sığorta olunmuş işçinin dövlət sosial sığorta sistemində fərdi uçotu Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir, habelə ona Azərbaycan Respublikasının Qanununa uyğun olaraq sığorta şəhadətnaməsi (polisi) verilir.
4. İşçilərin sosial sığorta hüquqlarını məhdudlaşdıran ya pozan hər hansı fiziki şəxs qanunvericilikdə nəzərdə tutulmuş qaydada müvafiq məsuliyyətə cəlb olunur.
 

Kommentariyanı görmək üçün qeydiyyatdan keçin və abunə olun.