Maddə 288.

Fərdi əmək mübahisələrinin predmeti

 
Bu Məcəllə ilə aşağıdakı məsələlərin tənzimlənməsi zamanı yaranan fərdi əmək mübahisələrinin həlli nizama salınır:
a) əmək müqaviləsinin bağlanması, ona xitam verilməsi ya onun şərtlərinin dəyişdirilməsi;
b) əmək normalarının, həmçinin işçinin əmək funksiyasının həcminin müəyyən edilməsi;
c) əmək müqaviləsində nəzərdə tutulan yerinin dəyişdirilməsi;
ç) əmək şəraitinin şərtlərinin dəyişdirilməsi;
d) əmək haqqının, habelə digər ödəmələrin müəyyən edilməsi hesablanması, yaxud ödənilməsi;
e) əmək haqqından, habelə digər ödəmələrdən tutulmaların aparılması;
ə) məzuniyyət hüququnun həyata keçirilməsi;
f) intizam tənbehi verilməsi;
g) əməyin mühafizəsinin təşkili təmin edilməsi;
ğ) işçinin işəgötürənə vurduğu maddi ya mənəvi ziyanın məbləğinin müəyyən edilməsi ödənilməsi;
h) işəgötürənin işçiyə vurduğu maddi ya mənəvi ziyanın məbləğinin müəyyən edilməsi ödənilməsi;
x) işçilərin ya yerlərinin attestasiyası komissiyasının qərarının qanunauyğunluğu ya əsaslılığının müəyyən edilməsi;
ı) müsabiqə komissiyasının qərarının qanuni, obyektiv ədalətli olub-olmamasının araşdırılması;
i) istehsalat qəzası ya peşə xəstəliyi nəticəsində işçiyə ya onun ailə üzvlərinə vurulan ziyana görə əvəzin məbləğinin müəyyən edilməsi ödənilməsi;
j) səhmlər ya digər qiymətli kağızlar üzrə ödəmələrin məbləğlərinin müəyyən edilməsi ödənilməsi, habelə özəlləşdirmə prosesində sonralar əmək münasibətləri ilə bağlı normaların tətbiq edilməsi;
k) əmək müqaviləsinin, habelə kollektiv müqavilənin şərtlərinin əmək qanunvericiliyinin pozulması ilə bağlı digər məsələlərin tətbiq edilməsi.
 

Kommentariyanı görmək üçün qeydiyyatdan keçin və abunə olun.