Maddə 260.

Kollektiv əmək mübahisələrinin predmeti

 
1. Bu Məcəllə ilə aşağıdakı məsələlərin tənzimlənməsi zamanı yaranan kollektiv əmək mübahisələrinin həlli nizama salınır:
a) kollektiv müqavilələrin sazişlərin bağlanması üçün danışıqların aparılması;
b) kollektiv müqavilələrin sazişlərin bağlanması;
c) qüvvədə olan kollektiv müqavilələrə ya sazişlərə dəyişikliklərin, əlavələrin edilməsi;
ç) kollektiv müqavilələrin sazişlərin icrasının təmin edilməsi;
d) kollektiv üzvlərinin mənafelərinin təmin olunması üçün digər əmək sosial, iqtisadi məsələlərin həll edilməsi.
2. Bu Məcəlləyə müəyyən edilmiş kollektiv əmək mübahisələrinin həlli qaydaları işçilərinin sayından asılı olmayaraq bütün işəgötürənlər, müvafiq icra, məhkəmə hakimiyyəti orqanları, əmək kollektivləri həmkarlar ittifaqları üçün məcburidir.
 

Kommentariyanı görmək üçün qeydiyyatdan keçin və abunə olun.