Maddə 256.

Kənd təsərrüfatı işçilərinin əmək münasibətlərinin tənzimlənməsi

 
1. Kənd təsərrüfatı başqa aqrar-sənaye sahələrində işəgötürənlərlə işçilər arasında əmək münasibətlərinin yaranması tənzimlənməsi yalnız müvafiq növ müəssisənin təsis sənədi nizamnaməsi, əsasnaməsi bu Məcəllə, habelə digər normativ hüquqi aktlarla müəyyən edilmiş qaydada həyata keçirilir. Bu Məcəllə ilə müəyyən edilmiş əmək müqaviləsinin bağlanması qaydaları bütövlükdə həmin müəssisələrə şamil edilir.
2. Kənd təsərrüfatı başqa aqrar-sənaye sahələrində qanunvericiliklə nəzərdə tutulmuş qaydada yaradılan fərdi (ailə) müəssisələrinin, səhmdar cəmiyyətlərinin digər təşkilati-hüquqi formalı müəssisələrin nizamnamələrində, əsasnamələrində işçilərin bu Məcəllədə nəzərdə tutulmuş əmək hüquqları məhdudlaşdırıla bilməz. Həmin sənədlərdə yalnız əmək münasibətlərinin daha mütərəqqi forma üsullarla tənzimlənməsinin şərtləri, qaydaları nəzərdə tutula bilər.
3. Bütün növ kənd təsərrüfatı təyinatlı müəssisələrdə və fiziki şəxs olan işəgötürənlərin yaratdıqları iş yerlərində qadınların, yaşı 18-dən az olan işçilərin əməyindən yalnız bu Məcəllənin müvafiq maddələri ilə müəyyən edilmiş normalar dairəsində istifadə edilə bilər.
 

Kommentariyanı görmək üçün qeydiyyatdan keçin və abunə olun.