Maddə 239.

Əməyin mühafizəsi normalarının pozulması nəticəsində işçinin səhhətinə vurulan zərərə görə, yaxud onun həlak olması ilə əlaqədar maddi məsuliyyət

 
1. İstehsalatda baş vermiş bədbəxt hadisədə ya peşə xəstəliyində təqsirli (tam ya qismən) olan işəgötürən həm işçiyə xəsarət yetirilməsi ya sağlamlığının başqa şəkildə korlanması nəticəsində dəymiş zərərin, həm müalicə olunması üçün çəkdiyi, həm ona müavinətlər verilməsi ilə əlaqədar çəkilən xərclərin eləcə Azərbaycan Respublikasının ilə müəyyən edilmiş digər əlavə xərclərin əvəzini bütövlükdə ödəməlidir.
2. İşəgötürənin təqsiri üzündən baş vermiş istehsalat qəzası yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçilərə, habelə bu səbəbdən həlak olmuş işçilərin ailə üzvlərinə himayəsində olan digər şəxslərə qanunvericiliklə müəyyən edilmiş qaydada dəymiş zərərə görə müvafiq ödənclər ödənilməlidir.
3. İstehsalat qəzası yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə ödənclərin verilməsi qaydaları, şərtləri məbləği müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunmuş qaydalarla müəyyən edilir.
4. İstehsalat qəzaları yaxud peşə xəstəliyi nəticəsində zərərçəkən şəxslərin zərərə görə verilən ödənclərinin məbləğləri qanunvericiliklə müəyyən edilmiş qaydada əmsallaşdırılmalıdır.
5. Bu maddə ilə nəzərdə tutulmuş ödənclərin verilməsi qanunvericiliklə müəyyən edilmiş qaydada işəgötürən tərəfindən istehsalatda bədbəxt hadisələr peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta olunan işçilərə şamil olunmur.
 
X bölmə
 
Qadınların, yaşı 18-dən az olan işçilərin aqrar sahədə əmək münasibətlərinin tənzimlənməsi xüsusiyyətləri
 
Otuz yeddinci fəsil
 
Qadınların əmək hüququ onun həyata keçirilməsində təminatları
 

Kommentariyanı görmək üçün qeydiyyatdan keçin və abunə olun.