Maddə 222.

Sağlam və təhlükəsiz əməyin mühafizəsi şəraitinin təmin edilməsi

 
1. İşəgötürən sağlam təhlükəsiz əmək şəraitinə, təhlükəli zərərli istehsalat amillərinə nəzarəti təşkil edir bu sahədə baş vermiş dəyişiklik barədə işçilərə müntəzəm olaraq vaxtında məlumat verir.
2. İşəgötürən əmək şəraitinin yaxşılaşdırılmasına, əməyin mühafizəsinin təmin edilməsinə işçilərin sağlamlığının qorunmasına yönəldilmiş perspektiv illik tədbirlər planı hazırlayır həyata keçirir.
3. İşəgötürənlə işçilər arasında sağlam təhlükəsiz əməyin mühafizəsi şəraitinin təmin edilməsi üzrə qarşılıqlı öhdəliklər kollektiv müqavilədə, əmək müqaviləsində nəzərdə tutulur.
4. Əmək şəraiti zərərli təhlükəli olan istehsalatlarda, həmçinin xüsusi temperatur şəraitində aparılan ya çirklənmə ilə bağlı işlərdə çalışan işçilərə müəyyən edilmiş normalara müvafiq pulsuz xüsusi geyim, xüsusi ayaqqabı digər fərdi mühafizə vasitələri, yuyucu dezinfeksiyaedici maddələr verilir.
5. İşəgötürən həmkarlar ittifaqları təşkilatının iştirakı ilə vaxtaşırı yerlərinin əməyin mühafizəsi normalarına qaydalarına uyğunluğu üzrə attestasiya aparmalıdır. Attestasiyanın nəticələri barədə əmək kollektivinə məlumat verilir. İşəgötürən yerləri attestasiyasının nəticələrinə əsasən onları əməyin mühafizəsi üzrə qüvvədə olan normativ aktlara uyğunlaşdırmaq üçün lazımi tədbirlər görməlidir.
6. İşəgötürən işçilərə verilmiş xüsusi geyimin ayaqqabının, digər fərdi mühafizə vasitələrinin saxlanılmasını, yuyulmasını, qurudulmasını, dezinfeksiyasını, deqazasiyasını, dezaktivizasiyasını təmirini təmin etməlidir.
7. İşəgötürən qanunvericilikdə nəzərdə tutulmuş istehsalat sahələrini qazlı duzlu su ilə təchiz etməlidir.
8. İşəgötürən ilin soyuq isti vaxtlarında açıq havada, yaxud qızdırılmayan qapalı binalarda isti sexlərdə çalışan işçilərin isinməsi ya istirahəti üçün otaqlar hazırlamalıdır.
 

Kommentariyanı görmək üçün qeydiyyatdan keçin və abunə olun.