Maddə 214.

Əməyin mühafizəsi sahəsində bələdiyyə orqanlarının səlahiyyətləri

 
Bələdiyyə orqanları:
əməyin mühafizəsi sahəsində dövlət siyasətinin tabeliklərində olan ərazidə həyata keçirilməsini təmin edirlər;
əməyin mühafizəsi üzrə sahələrarası yerli əhəmiyyətli proqramlar hazırlayır onların yerinə yetirilməsini təmin edirlər;
regional problemlərin həlli əməyin mühafizəsinin təmin edilməsində mülkiyyətçilərə yardım göstərilməsi üçün onların pay iştirakı digər vəsaiti hesabına əməyin mühafizəsi üçün qanunvericiliklə müəyyən edilmiş qaydada məqsədli fondlar yaradır bu fondların vəsaitinin təyinatı üzrə xərclənməsini təmin edirlər.
 

Kommentariyanı görmək üçün qeydiyyatdan keçin və abunə olun.