Maddə 211.

Əməyin mühafizəsinin normativ hüquqi tənzimlənməsi

 
1. Əməyin mühafizəsi qaydalarının hər yerdə eyni cür yerinə yetirilməsini, bu Məcəllə ilə müəyyən edilmiş hallarda əmək şəraitinin xüsusiyyətlərinin, əlavə məzuniyyət hüququnun digər normaların tətbiqini təmin etmək məqsədi ilə müvafiq icra hakimiyyəti orqanı:
işçilərə pulsuz müalicə-profilaktik yeməklərin, süd ona bərabər tutulan məhsulların verilməsi üçün zərərli, ağır yeraltı əmək şəraitli istehsalatların, peşə vəzifələrin;
işlərin yerin altında görülən yeraltı istehsalatların, şaxtaların, tunellərin, qurğuların digər yerlərinin;
yaşı 18-dən az olan işçilərin əməyinin tətbiqi qadağan olunan əmək şəraiti zərərli ağır olan istehsalatların, peşələrin (vəzifələrin), habelə yeraltı işlərin;
hamilə ya bir yaşına çatmamış uşağı olan qadınların əməyinin tətbiqi qadağan olunan əmək şəraiti zərərli ağır olan istehsalatların, peşələrin (vəzifələrin), habelə yeraltı işlərin;
hamilə ya bir yaşına çatmamış uşağı olan qadınların yerlərində təmasda olması qadağan olunan zərərli istehsalat amillərinin;
əmtəələrin istehsalı, işlərin (xidmətlərin) görülməsi zamanı istifadəsi qadağan olunan kimyəvi, radioaktiv digər yüksək təhlükə mənbəli maddələrin;
işçinin peşə xəstəliyinə tutulmağı ehtimalı yüksək olan yerlərinin;
yoluxucu xəstəliklərin baş verməsinin yüksək riski ilə əlaqədar profilaktik peyvəndlərin məcburi aparılması tələb olunan işlərin respublika üzrə vahid, əhatəli siyahılarını onların tətbiqi qaydalarını təsdiq edir.
2. Bu maddənin birinci hissəsində sadalanan siyahılar kütləvi tirajlarla nəşr etdirilməli iqtisadiyyatın bütün sahələri üzrə işəgötürənlərin, həmkarlar ittifaqları təşkilatlarının istifadəsinə verilməlidir. İşəgötürənlər bütün imkanları məqbul üsulları ilə işçilərin həmin siyahılarla istənilən vaxt tanış olması istifadəsi üçün zəruri tədbirlər görməyə borcludurlar.
 

Kommentariyanı görmək üçün qeydiyyatdan keçin və abunə olun.