Maddə 209.

Əməyin mühafizəsinin əsas prinsipləri

 
Dövlət hakimiyyəti orqanları, mülkiyyətçilər, işəgötürənlər işçilər tərəfindən əməyin mühafizəsinin təmin olunması əsasən aşağıdakı prinsiplərlə həyata keçirilir:
dövlət hakimiyyəti orqanlarının, mülkiyyətçilərin, işəgötürənlərin işçilərin əmək şəraitinin əməyin mühafizəsinin yaxşılaşdırılmasına, istehsal qəzalarının, xəsarətlərinin, zədələrinin peşə xəstəliklərinin qarşısının alınmasına yönəldilmiş fəaliyyət birliyi;
işçinin həyatının sağlamlığının müəssisənin və ya fiziki şəxs olan işəgötürənin fəaliyyətinin nəticələrindən üstün tutulması;
əməyin mühafizəsi sahəsində fəaliyyətin iqtisadi sosial siyasətin digər istiqamətləri ilə, habelə ətraf mühitin mühafizəsi sahəsində fəaliyyətlə əlaqələndirilməsi;
mülkiyyət təşkilati-hüquqi formasından asılı olmayaraq bütün müəssisələr və ya fiziki şəxs olan işəgötürənlər üçün əməyin mühafizəsi sahəsində vahid tələblərin müəyyən edilməsi;
əməyin mühafizəsi tələblərinin bütün iş yerlərində yerinə yetirilməsinə müstəqil səmərəli nəzarətin həyata keçirilməsi;
əməyin mühafizəsi sahəsində ümumbəşəri elmi-texniki tərəqqidən, qabaqcıl təcrübədən geniş istifadə edən, habelə təhlükəsiz texnikasının texnologiyanın səmərəli mühafizə vasitələrini hazırlayan tətbiq edən işəgötürənlərin müvafiq qaydada vəsaitlərlə həvəsləndirilməsi;
iş yerlərində əməyin yüksək mühafizəsi şəraiti yaradılmasına yönəldilmiş iqtisadi və sosial siyasətin aparılması;
əməyin mühafizəsinin maliyyələşdirilməsində dövlətin iştirakı;
əməyin mühafizəsi normalarının müntəzəm olaraq təkmilləşdirilməsi;
işçilərin xüsusi geyim ayaqqabı, digər fərdi mühafizə vasitələri ilə, müalicə-profilaktik yeməklə digər vasitələrlə pulsuz təmin edilməsi;
təhsil əlavə təhsil müəssisələrində əməyin mühafizəsi üzrə mütəxəssislərin hazırlanması əlavə təhsili;
istehsalatda baş vermiş hər bir bədbəxt hadisənin hökmən araşdırılması, uçota alınması, təhlil edilməsi bunun əsasında istehsalat xəsarətlərinin, zədələrinin peşə xəstəliklərinin vəziyyəti barədə işçilərə dürüst məlumatların verilməsi;
istehsalatda bədbəxt hadisələrdən zərər çəkmiş ya peşə xəstəliklərinə tutulmuş işçilərin mənafelərinin sosial, maddi mənəvi müdafiəsi;
həmkarlar ittifaqlarının və işəgötürənlərin əməyin mühafizəsini təmin etməyə yönəldilmiş fəaliyyətinə hərtərəfli yardım olunması;
əməyin mühafizəsi sahəsində beynəlxalq əməkdaşlıq münasibətlərinin genişləndirilməsi.
 

Kommentariyanı görmək üçün qeydiyyatdan keçin və abunə olun.