Maddə 183.

Daxili intizam qaydalarının məzmunu

 
1. Daxili intizam qaydalarına, bir qayda olaraq, aşağıdakılar daxil edilir:
a) müəssisənin adı, təşkilati-hüquqi forması, fəaliyyət növü, hüquqi ünvanı və ya fiziki şəxs olan işəgötürənin soyadı, adı və atasının adı, fəaliyyət növü, ünvanı;
b) vaxtının, nahar digər istirahət fasilələrinin başlandığı qurtardığı saatlar;
c) növbə cədvəlləri onun tənzimlənməsi qaydaları;
ç) əmək şəraitinin təmin edilməsi qaydaları;
d) əmək icra intizamının, əmək vəzifələrinin yüksək səviyyədə yerinə yetirilməsində fərqlənmiş işçilərin, əmək kollektivlərinin mükafatlandırılması şərtləri qaydaları;
e) əmək icra intizamını pozmuş işçilərə əlavə intizam tənbehi tətbiq edilməsinin şərtləri qaydaları;
ə) bu Məcəllənin 2-ci maddəsinin 3-cü hissəsi ilə müəyyən edilmiş işçinin və işəgötürənin hüquqlarının təminatı prinsiplərinə zidd olmayan digər şərtlər və qaydalar.
2. Müəyyən müəssisələr birliyinə daxil olan müəssisələr üçün qəbul edilən daxili intizam qaydalarında bu maddənin birinci hissəsində nəzərdə tutulmuş məlumatlarla yanaşı, həmin qaydaların şamil edildiyi müəssisələrin adları sadalanmaqla əlavə əmək şəraitinin yaradılmasına, əmək icra intizamının təmin edilməsinə dair qanunvericiliyə uyğun olan digər məlumatlar da göstərilməlidir.
 

Kommentariyanı görmək üçün qeydiyyatdan keçin və abunə olun.