Maddə 171.
Natamam iş vaxtında əməyin ödənilməsi
Bu Məcəllədə nəzərdə tutulan qaydada natamam iş günü və ya natamam iş həftəsi ilə işləyən işçilərə əmək haqqı işə sərf edilmiş vaxta mütənasib və ya görülən işin faktik hasilatına görə, eləcə də tərəflərin razılığı ilə tam məbləğdə ödənilir.
İyirmi altıncı fəsil
Əmək haqqının ödənilməsinin formaları, qaydaları və əmək haqqından tutulmalar
Kommentariyanı görmək üçün qeydiyyatdan keçin və abunə olun.