Maddə 157.

Əməyin ödənilməsi sistemi və növləri

 
1. İşçilərin əməyi vaxtamuzd, işəmuzd əməyin ödənilməsinin digər sistemləri ilə ödənilir. Əməyin ödənilməsi işin fərdi kollektiv nəticələrinə görə aparıla bilər.
2. Əmək müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməsində, istehsalın səmərəliliyinin işin keyfiyyətinin artırılmasında işçilərin maddi marağını gücləndirmək məqsədi ilə mükafatlandırma, o cümlədən il ərzində işin yekunlarına görə mükafat maddi həvəsləndirmənin digər formaları tətbiq edilə bilər.
3. Əmək haqqının tərkibinə aylıq tarif (vəzifə) maaşı, əlavələr mükafatlar daxildir.
4. Tarif (vəzifə) maaşı işin mürəkkəbliyi, əməyin gərginliyi işçinin ixtisas səviyyəsinə görə müəyyən edilən əmək haqqının əsas hissəsidir.
5. Əmək haqqına əlavə əmək şəraiti ilə əlaqədar əvəzödəmək ya həvəsləndirmək məqsədi ilə işçinin tarif (vəzifə) maaşına, əmək haqqına müəyyən edilən əlavə ödəncdir.
6. Mükafat əməyin kəmiyyət keyfiyyətinin yüksəldilməsinə işçinin maddi marağının artırılması məqsədi ilə əmək haqqı sistemində nəzərdə tutulan qaydada formada verilən həvəsləndirici pul vəsaitidir.
 

Kommentariyanı görmək üçün qeydiyyatdan keçin və abunə olun.