Maddə 141.

Məzuniyyətdə olan işçiyə əlavə sosial-məişət müavinətlərinin ödənilməsi

 
1. Əmək müqaviləsində ya kollektiv müqavilədə, həmçinin kollektiv müqavilə olmadıqda, habelə büdcədən maliyyələşdirilən idarələrin, təşkilatların saxlanması xərclərinin smetasında işçilərə məzuniyyət vaxtı əlavə sosial-məişət şəraitinin yaradılması müəyyən məbləğdə sosial-məişət müavinətinin ödənilməsi, müəssisənin və ya fiziki şəxs olan işəgötürənin vəsaiti hesabına istirahət-sağlamlıq müəssisələrinə göndərilməsi, eləcə işçinin ailə-məişət şəraitinin yaxşılaşdırılması üçün digər tədbirlərin görülməsinə maddi yardımın verilməsi nəzərdə tutulmuşdursa, məzuniyyət pulunun ödənilməsi ilə yanaşı müəyyən edilmiş müavinətlər, yardımlar da ödənilir.
2. Müvafiq icra hakimiyyəti orqanı, həmçinin işəgötürən ya işəgötürənlərin nümayəndəli orqanı işçilərə məzuniyyət vaxtı üçün bu maddənin birinci hissəsində nəzərdə tutulmuş ödənclərin, yardımların verilməsini tənzimləyən qaydalar hazırlayıb qəbul edir.
 

Kommentariyanı görmək üçün qeydiyyatdan keçin və abunə olun.