Maddə 14.
Əmək münasibətləri sahəsində dövlət hakimiyyəti orqanlarının vəzifələri
1. Əmək münasibətlərinin tənzimlənməsi sahəsində qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanları öz səlahiyyətləri çərçivəsində:
qanunvericiliyin tələblərinə əmək münasibətlərinin subyektləri tərəfindən hər yerdə eyni qaydada və dürüst əməl olunmasını;
sağlam və təhlükəsiz əmək şəraitinin təmin olunmasını;
işçilərin və işəgötürənlərin hüquqlarının pozulmasının qarşısının alınmasını;
işçilərin və işəgötürənlərin pozulmuş hüquqlarının bərpa olunmasını;
səlahiyyətləri çərçivəsində əmək qanunvericiliyinin təkmilləşdirilməsini;
əmək münasibətləri sahəsində ilə müəyyən edilmiş insan hüquqları və azadlıqları prinsipləri əsasında dövlət siyasətinin həyata keçirilməsini təmin etməlidirlər.
2. Dövlət, iş qüvvəsindən səmərəli istifadə olunmasını təmin etmək, 35-ci maddəsinin VIII hissəsinə müvafiq olaraq işsizliyin aradan qaldırılması məqsədi ilə vətəndaşların peşəkarlıq səviyyəsini, əmək vərdişlərini, çoxillik təcrübəsini nəzərə almaqla müvafiq ixtisaslar, sənətlər, peşələr üzrə ölkədə mövcud olan işçi qüvvəsindən istifadə olunmadan xarici ölkələrdən əsassız olaraq mütəxəssislərin işə cəlb olunmasının qarşısının alınmasını, işsizlik, əhalinin məşğulluğu və miqrasiyası məsələlərini tənzimləyir.
3. Əmək münasibətləri sahəsində dövlət siyasətinin həyata keçirilməsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən təmin edilir. Müvafiq icra hakimiyyəti orqanı:
əmək münasibətlərinin tənzimlənməsi məqsədilə müvafiq normativ hüquqi aktlar qəbul edir;
əməyin ödənilməsi, əmək münasibətləri, əməyin mühafizəsi, əmək ehtiyatlarından istifadə, əmək miqrasiyası, əhalinin sosial müdafiəsi, əlilliyi olan, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək işçilərin reabilitasiyası problemləri sahəsində dövlət siyasətini həyata keçirir;
əmək münasibətləri sahəsində elektron xidmətləri elektron informasiya sistemi vasitəsilə həyata keçirir.