Maddə 138.

Məzuniyyətlərin verilməsinin rəsmiləşdirilməsi və uçotunun aparılması

 
1. Bu maddənin 2-1-ci hissəsində müəyyən edilmiş hal istisna olmaqla, bütün növ məzuniyyətlərin verilməsi işçinin yazılı (kağız daşıyıcıda ya elektron informasiya sistemi vasitəsilə) ərizəsi əsasında işəgötürənin əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilir. Əmrdə (sərəncamda, qərarda) işçinin adı, atasının adı soyadı vəzifəsi (peşəsi), verilən məzuniyyətin növü, müddəti, müvafiq ili, məzuniyyətin başlandığı, qurtardığı məzuniyyət müddəti bitdikdən sonra işçinin işə başlamalı olduğu il, ay, gün göstərilməlidir.
2. Məzuniyyətin verilməsi barədə əmr (sərəncam, qərar) məzuniyyətin başlanmasına azı beş gün qalmış verilir işçi onunla tanış edilir.
2-1. İşəgötürənin yazılı (kağız daşıyıcıda və ya elektron informasiya sistemi vasitəsilə) xəbərdarlığından sonra işçi əmək məzuniyyətinin növbəlilik cədvəlinə və əmək məzuniyyətinin başqa vaxta keçirilməsi şərtləri və qaydasına riayət etməyərək əmək məzuniyyətindən istifadə etmək (tam, yaxud bir hissəsindən) üçün işəgötürənə ərizə ilə müraciət etmədikdə işəgötürənin əmri (sərəncamı, qərarı) ilə müvafiq iş ilinin əmək məzuniyyətinə göndərilir.
3. İşəgötürən məzuniyyətlərin verilməsinin uçotunu dürüst vaxtında aparmağa borcludur. Məzuniyyətlərin verilməsinin uçotu işçilərin illəri, məzuniyyətlərin növləri, müddətləri, verildiyi vaxt müvafiq əmrin (sərəncamın, qərarın) nömrəsi, tarixi göstərilməklə aparılmalıdır. Məzuniyyətlərin verilməsi işəgötürənin imkanlarına müvafiq olaraq kompüter proqramları ya sadələşdirilmiş kargüzarlıq yolu ilə aparılır.
4. Əmək məzuniyyətlərinin verilməsinin düzgünlüyünün təmin olunması məqsədi ilə məzuniyyətlərin uçotu işçilərin illəri üzrə aparılmalıdır.
 
İyirmi ikinci fəsil
 
Məzuniyyət vaxtı üçün əmək haqqının ödənilməsi qaydaları
 

Kommentariyanı görmək üçün qeydiyyatdan keçin və abunə olun.