Maddə 105.

Bayram günləri

 
1. Azərbaycan Respublikasının bayramları aşağıdakılardır:
Yeni il bayramı (yanvarın 1 2-si);
Qadınlar günü (martın 8-i);
Faşizm üzərində qələbə günü (mayın 9-u);
Müstəqillik Günü (mayın 28-i);
Azərbaycan xalqının milli qurtuluş günü (iyunun 15-i);
Azərbaycan Respublikasının Silahlı Qüvvələri günü (iyunun 26-sı);
Dövlət Suverenliyi Günü (sentyabrın 20-si);
Müstəqilliyin Bərpası Gü (oktyabrın 18-i);
Zəfər Günü (noyabrın 8-i);
Azərbaycan Respublikasının Dövlət bayrağı günü (noyabrın 9-u);
Konstitusiya günü (noyabrın 12-si);
Milli Dirçəliş günü (noyabrın 17-si);
Dünya azərbaycanlılarının həmrəyliyi günü (dekabrın 31-i);
Novruz bayramı - beş gün;
Qurban bayramı - iki gün;
Ramazan bayramı - iki gün.
2. Yeni il bayramı, Qadınlar günü, Faşizm üzərində qələbə günü, Müstəqillik Gü, Azərbaycan xalqının milli qurtuluş günü, Azərbaycan Respublikasının Silahlı Qüvvələri günü, Zəfər Günü, Azərbaycan Respublikasının Dövlət bayrağı günü, Dünya azərbaycanlılarının həmrəyliyi günü, Novruz bayramı, Qurban bayramı, Ramazan bayramı günləri günü hesab edilmir.
3. İş günü hesab edilməyən bayram günlərində işçilərin işə cəlb olunmasına yalnız bu Məcəllədə nəzərdə tutulmuş müstəsna hallarda yol verilir.
4. Novruz bayramı, Qurban bayramı, Ramazan bayramının keçiriləcəyi günlər növbəti il üçün dekabr ayının sonunadək müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilib əhaliyə elan olunur.
5. Həftələrarası istirahət günləri günü hesab olunmayan bayram günləri üst-üstə düşərsə, həmin istirahət günü bilavasitə bayram günündən sonrakı gününə keçirilir.
6. Qurban Ramazan bayramları günü hesab olunmayan başqa bayram günü ilə üst-üstə düşdükdə növbəti günü istirahət günü hesab edilir.
7. Bayram həftələrarası istirahət günləri biri digərindən əvvəl ya sonra gələrsə, istirahət günlərinin ardıcıl olmasını təmin etmək məqsədilə müvafiq icra hakimiyyəti orqanının qərarı ilə bu ya istirahət günlərinin yeri dəyişdirilə bilər.
 

Kommentariyanı görmək üçün qeydiyyatdan keçin və abunə olun.